28 may 2013 11:46
Napolinin yeni baş məşqçisi müəyyənləşdi (FOTO)
İtaliya A Seriyasında mübarizə aparan “Napoli”nin yeni baş məşqçisi məlum olub. Azerisport.az xəbər verir ki, komandanı növbəti mövsümdən Rafael Benitez çalışdıracaq.
İngiltərədə ispaniyalı mütəxəssislə görüşən klub prezidenti Aurelio de Laurentis mətbuata “Rafael Benitezlə iki illik razılıq əldə olundu” açıqlamasını verib. Tərəflər tezliklə rəsmi müqaviləyə imza atacaqlar.
Qeyd edək ki, “Napoli”ni son mövsümdə Valter Matsari çalışdırırdı. Lakin o, mövsüm başa çatan kimi “İnter”lə anlaşdığı üçün, Neapol klubu özünə yeni baş məşqçi axtarmaq məcburiyyətində qaldı. Benites isə son mövsümdə İngiltərənin "Chelsea" klubunu çalışdırırdı.
