28 may 2013 11:57
Bundesliqa klubunda yeni baş məşqçi
Almaniyanın “Werder” klubu yeni baş məşqçisinə qovuşub. Azerisport.az xəbər verir ki, Bremen təmsilçisi Tomas Şaafın yerinə Robin Duttun gətirildiyini bəyan edib.
Qeyd edək ki, “ağ-yaşıllar”ın yeni baş məşqçisi daha öncə ölkə Bundesliqada “Bayer” (Leverkuzen) və “Freiburg”a başçılıq edib.
Dutt eyni zamanda Almaniya Futbol Federasiyasının idman direktoru vəzifəsində işləyib.
