28 may 2013 12:18

İnter son mövsümdə: ən az qol buraxan komanda!

“İnter”in rəsmi saytı komandanın 2012/13-cü il mövsümündəki statistik göstəricilərini açıqlayıb. Azerisport.az xəbər verir ki, yekuna həsr olunmuş birinci materialda keçirilmiş oyunlar, qazanılmış xallar, vurulmuş və buraxılmış qollar barədə statistik məlumatlar diqqətə çatdırılıb.
 
Beləliklə, “İnter” 2012/13-cü il mövsümündə 32 matç keçirdi və bu oyunlarda 57 xal topladı. Keçirilən matçlarda “İnter” 16 qələbə əldə etdi, 9 qarşılaşmanı sülhlə yekunlaşdırdı və 7 dəfə məğlub oldu. 32 oyunda “İnter” 38 dəfə rəqiblərin qapısına yol tapa bildi və qapısında cəmi 22 qol gördü.
 
Qeyd etməyə dəyər ki, mövsümdə qələbə sayına görə “İnter” yalnız çempionatı birinci yerdə başa vuran “Neftçi” komandasına uduzur. Komandanın əldə etdiyi qələbə qədər (16), yalnız “Qarabağ” və AZAL komandaları aktivlərinə yazmağı bacardı. Məğlubiyyət sayına görə (7) “İnter” yalnız cəmi 5 dəfə məğlub olan “Qarabağ”dan geri qalır.
 
16 ev oyununda “İnter” 10 dəfə qalib gəldi, 5 matç heç-heçə başa çatdı və yalnız bir dəfə rəqibinə yenildi. Yeganə ev məğlubiyyətini “İnter” 24-cü turda “Neftçi” komandasından aldı (0:1). Bu matçlarda Kaxaber Sxadadzenin yetirmələri 22 qol vurdular və 6 dəfə oyuna mərkəzdən başladılar. Səfər matçlarının statistikası belədir: 6 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət, toplar 16-16.
 
32 oyunda vurulan 38 qol (hər oyunda orta hesabla 1,18 qol)-bu, mövsümdə məhsuldarlığa görə 6-cı göstəcidi. Daha çox qola “Nefttçi”, AZAL, “Rəvan”, “Qarabağ” və “Xəzər Lənkəran” komandaları imza atdı. Buraxılmış qolların sayına görə “İnter” mövsümdə ən yaxşı göstəriciyə malikdi.
 
İnter”in ən uzun məğlubiyyətsizlik seriyası 10 oyun təşkil etdi. Həmin seriya 3-cü turda “Xəzər Lənkəran”a qarşı keçirdiyi oyun (0:0) zamanı başlamış və “Simurq”la (1:0) matçda başa çatmışdı. “İnter”in keçirdiyi oyunlarda ən populyar hesab 1:0-dı. Belə hesabla başa çatan oyunların sayı 8-ə bərabərdi və 4 oyun bu nəticəylə həm “İnter”in , həm də rəqiblərin xeyrinə yekunlaşmışdı.
 
Qeyd edək ki, çempionatın oyunlarında “İnter”ə 2 dəfə əzmkar qələbə qazanmaq müyəssər oldu. Belə ki, 4-cü tur “Turan”la oyunda 1:2 hesabıyla məğlub durumda olduğu halda, “İnter” yekunda 3 xal qazanmağı bacarmışdı - 3:2. Digər iradəli qələbə 11-ci tura təsadüf edir. “Kəpəz”lə oyunda 0:1 hesabıyla məğlub olduğu zaman komanda nəticədə 3:1 hesabıyla qalib gəlmişdi.
 
Hamıdan çox, 3 dəfə “İnter” 2 komandaya qalib gəlmişdi: “Qəbələ” və “Bakı”. Bununla yanaşı, “İnter”ə “Qarabağ”ı, “Neftçi”ni və AZAL-ı bir dəfə də məğlub edə bilmədi. AZAL bu komandanın çempionat ərzində qapısına yol tapa bilmədiyi yeganə komanda oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.