28 may 2013 12:29
Rəşad Sadıqov Qətərə qarşı oynaya bilər
“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Türkiyəyə yollandığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Premyer Liqanın son turunun “Bakı” ilə oyununda sıradan çıxan təcrübəli futbolçu artıq müalicəsini başa vuraraq, Qətərə yollanıb.
Millimizin hazırda davam edən toplanışına dəvət alan kapitan Qətərlə yoldaşlıq görüşünə hazırlaşır. Lakin hələ Sadıqovun bu oyunda oynayıb-oynamayacağı tam dəqiqləşməyib. Hər halda bununla bağlı yekun qərarı baş məşqçi Berti Foqts verəcək.
Qeyd edək ki, Qətər – Azərbaycan matçı sabah keçiriləcək.
