28 may 2013 12:45
Yuri Syomin: öncə Neftçi - XL matçı, sonra müqavilə
Rusiyalı futbol mütəxəssisi Yuri Syomin bu gün Bakıya gələcək. Azerisport.az xəbər verir ki, Rusiya yığmasının, Moskva “Lokomotiv”i ilə Kiyev “Dinamo”sunun (Ukrayna) sabiq çalışdırıcısı “Qəbələ” ilə əməkdaşlığın son detallarını müzakirə etməyə və yekun müqaviləyə imza atmağa hazırlaşır.
Bu gün o, öncə Azərbaycan Kubokunun final oyunu çərçivəsində “Neftçi” – “Xəzər Lənkəran” görüşünü izləyəcək. Sabah isə Qəbələdə klub rəhbərliyi ilə görüşdən sonra rəsmi müqavilənin imzalanması, eləcə də Syominin ictimaiyyətə təqdimatı nəzərdə tutulub.
Maraq üçün bildirək ki, Syominlə "1+1" şərti ilə müqavilə imzalanması gözlənilir.
