28 may 2013 13:07
Neftçiyə gəlişi gözlənilən Rednik qovuldu
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik yenidən işsiz qalıb. Azerisport.az xəbər verir ki, Belçikanın “Standard” klubunu çalışdıran rumıniyalı mütəxəssis istefaya göndərilib.
Klub rəhbərliyi onun işindən razı qalmadığı üçün qarşılıqlı razılıq əsasında yolların ayrılmasına qərar verib. Artıq Redniki kimin əvəzləyəcəyi də açıqlanıb. “Standard” rəhbərliyi onu istailli mütəxəssis Qay Luzonla əvəzləyib.
Qeyd edək ki, son dövrlər Rednikin bir sıra Azərbaycan klubları ilə danışıqlar apardığı barədə xəbərlər yayılmaqdadı. Onun xüsusilə “Neftçi”ni çalışdırması barədə söhbətlər dolaşır. Lakin ötən gün “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev bu xəbərləri “şayiə” adlandırmışdı.
