28 may 2013 13:26
Yunis Hüseynov: Neftçini daha şanslı hesab edirəm
“Karvan” və “Xəzər Lənkəran” klublarının sabiq baş məşqçisi Yunis Hüseynov bu gün baş tutacaq Azərbaycan Kubokunun final matçına dair fikirlərini səsləndirib. Azerisport.az saytına müsahibəsində o, “Neftçi” – “Xəzər Lənkəran” görüşü ilə bağlı bunları söyləyib:
“Mən “Xəzər Lənkəran”ın son oyunlarına baxmışam. Komandaya özünə gəlməsi üçün müəyyən vaxt lazımdı. İndiki məqamda “Neftçi” onları qabaqlayır. Finalda favorit olmasa da, “neftçilər”in qələbə qazanmaq şansının daha çox olduğunu düşünürəm. Belə oyunların taleyini bircə səhv həll edə bilər. Ona görə də əsas psixoloji cəhətdən hazır olmaqdı”.