28 may 2013 14:05
Elnur Allahverdiyev: Bu, bizim üçün şərəf oyunudu
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
- Kubokun final oyununa necə hazırlaşa bilmisiz?
- Bu, bizim üçün mövsümün ən vacib oyunudu. Bütün futbolçularımız görüşün əhəmiyyətini başlayır. Yalnız qələbə sayəsində rəhbərliyin, azarkeşlərin bizə olan inamını geri qaytara bilərik. Bu mövsüm çempionatda bizim üçün heç də hər şey yaxşı alınmadı. “Xəzər Lənkəran”ın ikinci altılığa düşməsi azarkeşlərə çox pis təsir etdi.

- Amma hər halda Avropa Liqasına vəsiqə qazanmağınız əsas təsəlli sayıla bilər...
- Son dövrlər “Xəzər Lənkəran”ın Avropa Liqasına “Neftçi”nin çempionluğu sayəsində vəsiqə qazandığı haqda çox danışılır. Amma bu söhbətlər bizi bezdirib. Bu üzdən də indi “Neftçi”yə qalib gəlməklə Avroliqaya layiq olduğumuzu isbatlamalıyıq. Final bizim üçün şərəf oyunudu. Prinsipial rəqibimizə qarşı oynamağımız isə istər-istəməz güclü motivasiya yaradır.
- “Neftçi”ni finalın favoriti hesab edirlər...
- Finalda favorit olmur. Şansları bərabər hesab edirəm. Kubok bizə də lazımdı, onlara da. Lakin biz “Neftçi”dən zəif olmadığımızı göstərəcəyik. Bir daha qeyd edirəm ki, finalda bütün söz-söhbətlərə son qoymalıyıq.
- Flavinyo ilə Nikolas Kanalesi dayandıra biləcəksiz?
- Biz bütün “Neftçi”ni dayandıra bilərik. Düzdü, rəqibimiz güclüdü. Amma bizim də əla oyunçularımız var. Dmitrios Sialmasdan, Ağabala Ramazanovdan, Elnur Abdullayevdən, eləcə də digər oyunçularımızdan qol gözləyirəm. Final bizim üçün mövsümü xilas edə biləcəyimiz bir oyundu. Bu şansı boşa verməməliyik.

- “Neftçi”nin indi daha güclü olması faktı ilə razısız?
- Mən “Neftçi” haqda danışmaq istəmirəm. Qoy bu barədə məşçiləri danışsın. Onlar çempion olublar, bu münasibətlə təbrik edirəm. Amma bizim üçün öz oyunumuz vacibdi. Finalda məğlub olsaq, bu, komandaya çox pis təsir edəcək.

- Bəs Avroliqaya nə dərəcədə hazırsız?
- Yayda hazırlıq keçəcəyik. Yalnız ondan sonra hansısa fikir söyləmək olar. Avrokuboklarda bir mərhələ keçmək artıq uğur sayılmır. Bundan sonra bütün klublarımız qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparmalıdı.