29 may 2013 01:04
Neftçi kuboku, Gəncə sakini isə avtomobili qazandı (FOTOLAR)
Azərbaycan kubokunun “Neftçi” – “Xəzər Lənkəran” final oyunundan sonra azarkeşlər arasında uduşlu lotereya keçirilib. Azerisport.az xəbər verir ki, lotereyada bir smartfon və bir planşet oynanılıb.
Kubokun final oyununda Chevrolet Aveo markalı avtomobili isə Gəncə sakini İbrahimli Ramin udub. Qalibə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən maşının açarları təqdim olunub.
