29 may 2013 01:17
Con Toşak: Stamenkoviçin hərəkətləri yolverilməz idi
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Azərbaycan Kubokunun “Neftçi” ilə final matçını şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı 0:0 hesabıyla başa çatan oyundan sonra bunları dilə gətirib:
“Finalda uduzmaq çox məyusedicidi. Həm də penaltilər seriyasında. Bu cür final karyeramda üç dəfə olub. Əvvəl “Real” (Sosyedad) və “Beşiktaş”la qələbə qazansam da, bu dəfə penaltilərdə üzüldüm. “Neftçi” futbolçularını təbrik etmək və Saşa Stamenkoviçə demək istəyirdim ki, bizim futbolçular penalti vuran zaman onun hərəkətləri yolverilməz idi. “Qarabağ” və “İnter”ə qarşı oynamamışıq, onların oyunları haqqında heç nə deyə bilmirəm. “Neftçi” oyunu ilə sübut etdi ki, bu mövsüm ən yaxşı komandadır. “Neftçi”yə Çempionlar Liqasında uğurlar arzulayıram. Azərbaycan çempionatı yeni inkişafda olan çempionatdır. Gələn mövsüm bizim üçün daha çətin olacaq, güclü rəqiblərə qarşı mübarizə aparacağıq”.
