29 may 2013 01:26
Finalın ən yaxşısı Əmirquliyev oldu (FOTO)
Futbol üzrə Azərbaycan Kubokunun final matçının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev finalın ən yaxşısı olub.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçının ən yaxşısı azarkeşlər tərəfindən SMS səsverməsi ilə müəyyənləşdirilib.
