29 may 2013 01:48

Rəşad Sadiqov: Neftçi bu mövsüm istədiyi hər şeyə nail oldu

“Neftçi”nin kapitanı Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
 
- Sizi kuboku qazanmağınız münasibətilə təbrik edirik!
- Çox sağ olun. Nəhayət ki, “Neftçi” qızıl dubl edə bildi. Çox şadam ki, buna nail ola bildik.
 
- 120 dəqiqə futbol və penalti seriyası. Kifayət qədər gərgin final alındı...
- Çox çətin oyun idi. Təxminən iki saat ərzində komandalar qalibi müəyyənləşdirə bilmədilər. Düzdü, qələbəni penaltilər sayəsində əldə etdik. Amma istənilən halda belə bir zəfərə imza atmağımız çox xoşdu.
 
- Bu ili tam olaraq “Neftçi”nin mövsümü adlandırmaq olar?
- Bu mövsüm biz istədiyimiz hər şeyə nail olduq – Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq, çempion olduq, kuboka sahib çıxdıq, qızıl dubl etdik. Bütün bu uğurlarda “Neftçi”nin bütün kollektivi əlindən gələni etdi.
 
- Adətən “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı oyunlar qolsuz tamamlanmazdı...
- Bu dəfə niyə belə alındığını bilmədim. Hərdən çox qol olur, hərdən ümumiyyətlə olmur. Hərdən bütün oyuna nəzarət etsən də, qol vura bilmirsən, və ya əksinə. İstənilən halda bu gün qalib gəldiyimiz üçün şadam.
 
- Əsas vaxtda niyə qol vura bilmədiniz?
- Sanki top “Xəzər Lənkəran”ın qapısına girmək istəmirdi. Biz bunun üçün çox çalışdıq. Kifayət qədər qol epizodları yaratdıq. Amma yenə də qol vurmağa nail ola bilmədik.

- Rəqibin oyunu haqda nə deyə bilərsiz?
- “Xəzər Lənkəran” da zəif təsir bağışlamadı. Onlar ikinci altılıqda mübarizə aparsalar da, möhkəm və güclü komandadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.