28 may 2013 14:50
Mübariz Mənsimov final öncəsi Xəzər Lənkəranin futbolçuları ilə görüş keçirəcək
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Bakıya gəlib. Azerisport.az xəbər verir ki, o, komandasının Azərbaycan Kubokunun finalında “Neftçi” ilə qarşılaşmasını canlı izləmək, “ağ-yaşıllar”ı yaxından dəstəkləmək üçün vətənə dönüb.
Qeyd edək ki, Mənsimov Con Toşakın baş məşqçi postuna gətirilməsindən sonra komandaya xüsusi diqqət göstərməkdədi. Elə bu gün də onun prinsipial qarşılaşmadan öncə futbolçulara görüşüb, onlara uğurlar arzulaması gözlənilir.
Əldə etdiyimiz məlumata görə, Mübariz Mənsimov “Neftçi” ilə final matçında qələbəyə görə komandasına böyük mükafat ayıracağını da bildirib.
