29 may 2013 01:54
Mübariz Mənsimov: İlham Əliyev bu oyunu izləsəydi, belə olaylar baş verməzdi
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Azərbaycan Kubokunun “Neftçi” ilə final matçından sonra futbolçularla söhbət edib. Azerisport.az xəbər verir ki, o, komandanın paltardəyişmə otağında bunları dilə gətirib:
“Əgər ölkə prezidenti bu oyunda olsaydı, onda bu hadisə baş verməzdi. İlham Əliyev heç vaxt belə şeyə yol verməzdi. Qayda-qanuna riayət edin”.
