29 may 2013 02:04
Xəzər Lənkəran ənənəni pozdu
Azərbaycan Kubokunun final matçından sonra hər iki komanda öz medallarını alıb. Azerisport.az xəbər verir ki, qarşılaşmadan dərhal sonra mükafatlandırma mərasimi keçirilib.
Lakin qalmaqallı finaldan sonrakı bu mərasim də ənənəyə uyğun baş tutmayıb. Belə ki, əvvəlcə “Neftçi”nin üzvləri qızıl medallarını alıblar. Davadan sonra mükafatlandırma mərasiminə qatılmaq istəməyən “Xəzər Lənkəran”ın üzvləri isə yalnız bundan sonra gümüş medalları almaq üçün kürsüyə çıxıblar. Əldə etdiyimiz məlumata görə, onları baş məşqçi Con Toşak yola gətirib.
“Xəzər Lənkəran”ın üzvləri gümüş medallarla təltif olunandan sonra isə AFFA prezidenti Rövnəq Abdullayev “Neftçi”yə kuboku təqdim edib.
