29 may 2013 02:54
Sadıq Sadıqov: Ardıcıl 2-ci dəfə kuboku əldən verə bilməzdik
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la final matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çempion olmağımız bu oyun öncəsi futbolçularda arxayınlığa səbəb olmuşdu. Buna baxmayaraq, komanda bu görüşə də ciddi hazırlaşmışdı və layiqli şəkildə qələbə qazandıq. Ardıcıl ikinci dəfə kuboku əldən vermək istəmirdik. Ümid edirəm ki, bu komanda avrokuboklarda da ölkəmizi layiqincə təmsil edə biləcək”.
