29 may 2013 03:25

Lüksemburqla duel öncəsi son sınaq

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın rəqibi Qətər seçməsi olacaq.
 
Qeyd edək ki, Dohada baş tutataq matç yoldaşlıq görüşü çərçivəsində keçiriləcək və millimizin bütün səfər xərclərini Qətər Futbol Federasiyası ödəyəcək.
 
Qətər milli komandası tarixinin ilk matçını 1970-ci ilin 27 martında Bəhreynə qarşı keçirib və 1:2 hesabı ilə yenilib. Komanda indiyədək ən böyükhesablı qələbələrini Əfqanıstan və Livan üzərində qazanıb – 8:0. Ən böyükhesablı məğlubiyyət isə Küveytdən alınıb.
 
Yığmamızın rəqibi hazırda FİFA reytinqində 101-ci pilləni tutur. Komandanın ən yüksək nəticəsi 51 (1993, avqust), ən aşağı nəticəsi isə 114 olub (2010, dekabr).
 
Qətər millisi indiyədək dünya çempionatlarının final mərhələsinə vəsiqə qazana bilməyib. Qətər 2021-ci ildəki Konfederasiyalar Kubokuna və bir il sonrakı Dünya çempionatına ev sahibliyi edəcək.
 
Rəqibimiz Asiya çempionatlarına indiyədək 6 dəfə qatılıb və 2 dəfə 1/4 final oynayıb – 2000-2011-ci illər.
 
Asiya ölkəsi “Gulf Cup of Nations Record”da indiyədək iki dəfə çempionluq sevinci yaşayıb, iki dəfə yarımfinal oynayıb. Ərəb ölkələrinin kubokunda isə ən yaxşı nəticə ikincilik olub.
 
Komandanın baş məşqçisi Fahad Tanidi. O, bu ildən milliyə rəhbərlik edir. Tani 2011-2013-cü illərdə komandanın məşqçisi olub. 39 yaşlı mütəxəssis əvvəllər Qətərin U-17 yığmasında baş məşqçi və köməkçi-məşqçi kimi fəaliyyət göstərib.
 
Qətər millisi yığmamız üçün heç də tanış olmayan bir rəqibdi. Bu üzdən də yığmamız yeni rəqibi ilə dueldə mütləq uğur qazanmağa çalışmalıdı. Baxmayaraq ki, qarşılaşma səfərdə keçiriləcək. Bir neçə gün öncə Dohada Latviya yığması ilə də qarşılaşan və 3:1 hesablı qələbəyə sevinən qətərlilər hazırda yaxşı forma yığıblar. Amma bu, Berti Foqtsun yetirmələrini qorxutmamalıdı.
 
Millimiz 2013-cü ildə üçüncü sınaq (bütövlükdə beşinci) matçına çıxacaq. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla sülhə (0:0) razılaşan futbolçularımız doğma meydanda Portuqaliyaya uduzmuşdular – 0:2. Bu ilin yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk yoxlama oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar.
 
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 196-cı matçına çıxacaq. İndiyəqədərki oyunların 35-də qələbə qazanmışıqsa, 50-də də heç-heçə ilə təsəlli tapmışıq. 110 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 135 qol vurduğumuz halda, öz qapımızdan 340 top çıxarmışıq.
 
Yoldaşlıq oyunu
29 may
 
21:15. QƏTƏR - AZƏRBAYCAN
Hakimlər: Tamuni Salah Vahid, Attia Amsaad, Foad El Mağrabi (hamısı Liviya), Kamis Al-Kuvari (Qətər).
Doha, “Al-Sadd” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.