29 may 2013 23:10
Yığmamız Qətərlə sülhə razılaşdı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız Qətərlə üz-üzə gəlib.
Qeyd edək ki, Dohada baş tutan matç yoldaşlıq görüşü çərçivəsində keçirilib və millimizin bütün səfər xərclərini Qətər Futbol Federasiyası ödəyib.
Qarşılaşmada hesabı 33-cü dəqiqədə penalti zərbəsindən meydan sahibləri açıblar. Komandamız 89-cu dəqiqədə bu qola cavab verməyi bacarıb və görüş sülhlə başa çatıb.
Yoldaşlıq oyunu
29 may
QƏTƏR – AZƏRBAYCAN – 1:1 (1:0)
Hakimlər: Tamuni Salah Vahid, Attia Amsaad, Foad El Mağrabi (hamısı Liviya), Kamis Al-Kuvari (Qətər).
Doha, “Al-Sadd” stadionu.
QƏTƏR: 1. Qasem Abdullhamed Burhan, 3. Mohammed Kasola, 5. Abdelkarim Hassan Fadlalla, 6. Bilal Mohammed Rajab, 7. Vesam Rizik Abdulmajid, 10. Khalfan İbrahim Al-Khalfan, 12. Magid Mohammed Hassan, 13. İbrahim Majed Abdullmajed, 15. Talal Ali Albloushi, 20. Yusef Ahmed Ali, 24. Mosaab Mohamoud Elhassan.
Ehtiyat oyunçular: 21. Ahmed Sofyan Abonora, 22. Saad Abdulla Alsheeb, 2. Hamed İsmaeil Khaleefa, 4. Hamad Mohammed Al-Abidi, 8. Hussain Ali Hussein, 9. Jarallah Al Marri, 11. Hassan Khalid Al Hydous, 16. Adel Lamy, 17. Ali Hassan Afif, 18. Mohamed Elsayed, 19. Khalid Muftah, 23. Abdulkhader İlyas.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 11. Branimir Subaşiç, 13. Əli Gökdemir, 15. Ruslan Abışov (k), 18. Maksim Medvedev, 21. Vladimir Levin, 22. Əfran İsmayılov, 24. Arif İsayev, 26. Qara Qarayev, 27. Rüfət Dadaşov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 7. Vaqif Cavadov, 8. Pərdis-Fərcad Azad, 9. Cihan Özkara, 10. Elvin Məmmədov, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov.
