29 may 2013 22:15
Azərbaycan yığmasından 7 cavabsız qol (YENİLƏNİB)
Bu gün III Caspian Cup beynəlxalq turnirinə start verilib. Azerisport.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən turnirin ilk oyun günündə dörd görüş baş tutub.
Maraqlıdı ki, ilk görüşlərin hamısı darmadağınla bitib. Uruqvay Tacikistanı, Türkiyə İordaniyanı, Bolqarıstan Qazaxıstanı böyük hesabla məğlub edib.
Azərbaycan millisi isə startda Qırğızıstanı yeddi cavabsız qolla yenib.
III Caspian Cup turniri
Qrup mərhələsi
29 may
D qrupu
Uruqvay – Tacikistan - 3:0
Hakimlər: İnqilab Məmmədov, Vüsal Qənbərov, Cavanşir Yusifov, Mahir Məmmədov
Bayıl stadionu.
C qrupu
Türkiyə – İordaniya - 4:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, İsgəndər Əliyev, Fərid Məmmədov
Dalğa Arena.
B qrupu
Bolqarıstan – Qazaxıstan - 13:0
Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Feyzulla Feyzullayev
Dalğa Arena.
A qrupu
Azərbaycan – Qırğızıstan - 7:0
Hakimlər: Orxan Məmmədov, Elxan Əsgərzadə, Akif Əmirəli, Yusif Nurullayev
Bayıl Arena.
