28 may 2013 16:29
İqor Mitreski: XL heç də sıradan rəqib deyil
“Neftçi”nin müdafiəçisi İqor Mitreski Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la final oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində makedoniyalı futbolçu öncə bunları söyləyib:
“Bizim hədəfimiz Azərbaycan Kubokunu qazanmaqdı. Hamımız başa düşürük ki, bizi necə prinsipial bir qarşılaşma gözləyir. Çünki “Xəzər Lənkəran” heç də sıradan rəqib deyil. Lakin hər şeyə rəğmən, biz öz istəyimizə çatmaq istəyirik. Ötən mövsüm kuboku son anda əldən vermişdik. Bu dəfə eyni aqibəti yaşamaq istəmirik”.

Mitreski qeyd edib ki, özü bu oyunda forma geyə bilməyəcək: “Təəssüf ki, sarı vərəqə limiti səbəbindən final matçını buraxmaq məcburiyyətindəyəm. Amma meydanda olmasam da, komandamı yaxından dəstəkləyəcəm”.
Makedoniyalı müdafiəçi son çempionluqdan da danışıb: “Əlbəttə, ardıcıl üçüncü dəfə çempion olduğuma görə şadam. Bu mövsüm bizim üçün çox uğurlu alındı. Çünki ardıcıl üçüncü çempionluqla yanaşı Avropa Liqasının qrup mərhələsinə vəsiqə də qazandıq. Hansı ki, bu, Azərbaycan futbolu üçün tarixi bir nəticə idi”.
Mitreskinin sözlərinə görə, belə ağır mövsümün yorğunluğunu çıxarmaq üçün komandaya kubokun final matçından sonra yaxşıca istirahət etmək lazımdı: “Mövsümü başa vurandan sonra əsas məsələ yaxşıca istirahət etməkdi. Ondan sonra Çempionlar Liqasının oyunlarına hazırlığa başlayacağıq. Əminəm ki, faydalı toplanış keçəcəyik və ÇL-in təsnifat mərhələsində uğurlu çıxış edə biləcəyik. Bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik”.