29 may 2013 21:45
Qəbələ Beşiktaşı məğlub etdi, Bakı 6 cavabsız qola üzüldü (YENİLƏNİB)
Bu gün 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında II Qəbələ Kubokuna start verilib. Azerisport.az xəbər verir ki, A qrupunda “Qəbələ”, “Beşiktaş” (Türkiyə), “Barcelona” (İspaniya) və “Şaxtyor” (Ukrayna), B qrupunda isə “Bakı”, “Porto” (Portuqaliya), “Zenit” (Rusiya) və “Feyenoord” (Hollandiya) növbəti tura vəsiqə uğrunda mübarizə aparır.
İlk oyun günündə aşağıdakı görüşlər baş tutub:
II Qəbələ Kuboku
Qrup mərhələsi
29 may
A qrupu
Qəbələ – Şaxtyor - 1:1
Beşiktaş – Barcelona - 1:3
Qəbələ – Beşiktaş - 2:0
Şaxtyor – Barselona - 1:1
B qrupu
Porto – Feyenoord - 1:0
Bakı – Zenit - 0:2
Porto – Bakı - 6:0
Feyenoord – Zenit - 2:0
