28 may 2013 16:47
Azərbaycan Kubokunu Xəzər Lənkəran qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Azərbaycan Kubokunu hansı komanda qazanacaq” sualı ilə müraciət etdiyimiz oxucuların yekun rəyi bəllidi.
Beləliklə, respondentlərin 51 faizi (724 səs) kubokun “Xəzər Lənkəran”a qismət olacağını proqnozlaşdırıb.
“Neftçi”nin qələbə qazanmaq şansının daha çox olduğunu düşünənlər isə cüzi azlıq təşkil edib – 49 faiz (704 səs).
