29 may 2013 03:43
Saşa Stamenkoviç: Məni belə öyrədiblər
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la final matçını şərh edib. Azerisport.az saytına müsahibəsində serbiyalı qolkiper bunları dilə gətirib:
“Bilirəm ki, çoxları mənim penalti vuruşları zamanı özümü aparmağımdan narazı qaldı. Amma məni belə öyrədiblər. Mən hələ uşaqlıqda da rəqib futbolçuları əsəbləşdirirdim. Bu, oyundu. Burda qələbə qazanmaq üçün hər şeyi etmək lazımdı”.
