28 may 2013 17:20
Rüştü Bakıda akademiya açdı
Futbol üzrə Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Rəcbər Bakıda qapıçılar hazırlayan akademiya açıb. Azerisport.az xəbər verir ki, bu barədə qardaş ölkənin sporx.com saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, artıq sözügedən idman akademiyası faəliyyətə başlayıb. Rüştü özü də bu akademiyada qapıçılıqla bağlı dərslər keçəcək.
Rüştüyə ən böyük dəstəyi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovun verdiyi bildirilir.
