28 may 2013 17:42
Türk futbolunun əfsanələri Neftçi - Xəzər Lənkəran görüşünə gələcək
Xəbər verdiyimiz kimi, futbol üzrə Türkiyə milli yığma komandasının keçmiş qapıçısı Rüştü Recber Bakıdadır. Azerisport.az xəbər verir ki, o, Bakıya “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov və türk futbolunun digər əfsanəsi Ridvan Dilmenlə gəlib.
Səfərin məqsədi futbol üzrə Azərbaycan kubokunun final görüşü çərçivəsində keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyununu seyr etməkdi. Oyundan sonra cənubluların baş məşqçisi Con Toşakla görüş gözlənilir.
Xatırladaq ki, bu ay Recber artıq Bakıda olub. O, Azərbaycan və dünya futbol veteranları arasında keçirilmiş yoldaşlıq oyununda iştirak edib.
