29 may 2013 18:17
Neftçinin futbolçusu Qətərlə oyuna dəvət olundu
“Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət alıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın futbolçusu yığmasının heyətində iki oyunda iştirak edə bilər.
Özbəkistan millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 11-də Seulda Cənubi Koreya, 18-də isə Daşkənddə Qətər yığması ilə qarşılaşacaq.
