29 may 2013 18:32

Tuyqun Nadirov: XL ötən gün baş verənlərin üstündən sükutla keçməyəcək

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov ötən gün baş tutan Azərbaycan Kubokunun “Neftçi” ilə final matçından sonrakı qalmaqala münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Təəssüf ki, final matçında təhlükəsizlik aşağı səviyyədə təşkil olunmuşdu. Ümumiyyətlə, bu nə idi ki? Bir komandanın stadionda 50 təhlükəsizlik işçisi vardı, digərinin isə 1-2. Bizim təhlükəsizlik xidmətinin işçilərini heç stadiona buraxmadılar. Hələ bir müddət öncə PFL-dən klublara məktub göndərilmişdi ki, meydanda təhlükəsizlik xidmətinin işçiləri buraxılmamalıdı. Biz də nə qədər lazımdı, beləsini tapıb gətirə bilərik. Futbolçular arasında müəyyən narazılıqların yaşanması normal haldı. Amma buna təhlükəsizlik işçiləri də qarışırsa, bundan yaxşı heç nə gözləmək olmaz. Ötən gecə biz bunun bir daha şahidi olduq”.
 
Tuyqun Nadirov bəyan edib ki, “Xəzər Lənkəran” bu məsələnin üstündən sükutla keçməyə hazırlaşmır: “Xəzər Lənkəran” bu məsələyə sakit yanaşa bilməz. Biz artıq bununla bağlı işə başlamışıq. AFFA-ya məktub göndərmişik. Biz həmçinin rəqib qapıçı Saşa Stamenkoviçin penalti seriyası zamanı davranışına görə də hesabat tələb etmişik. PFL prezidenti Ramin Musayevin yanında 50 təhlükəsizlik işçisi vardı. Bəs onda niyə meydanda elə qarışıqlıq yaranmışdı? Biz baş verənlərdən çox narazıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.