29 may 2013 19:45
Tale Heydərov: Neftçi - XL matçından sonra belə bir münaqişənin yaşanması çox pis haldı
İkinci Qəbələ Kubokunun açılış mərasimindən sonra “Qəbələ”nin prezidenti Tale Heydərov jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, brifinqdə öncə bunları dilə gətirib:
“Komandamız turnirə heç-heçə ilə başladı, “Şaxtyor”la sülh bağladı (1:1). Bu, komandamız üçün yaxşı nəticədi. Hər halda “Şaxtyor”un necə məşhur klub olduğunu, yaxşı futbol akademiyasına malik olmasını nəzərə alsaq, nəticədən şikayətlənmək olmaz”.
Klub prezidenti “Qəbələ”nin əsas komandasının 2012/13 mövsümündəki çıxışına qiymət verib: “Təəssüf ki, əsas komandamız son mövsümdə heç bir uğur qazana bilmədi. Futbol Akademiyamıza Stenli Brard kimi mütəxəssisi dəvət etdik. Bu gün də yeni baş məşqçi Yuri Syominlə müqavilə imzaladıq. Fikrimcə, onlar birlikdə bizə uğur qazandıracaqlar. Biz isə onlar üçün lazım olan hər şəraiti yaradacağıq”.

Heydərov “Qəbələ”nin yeni stadionunun tikintisindən də danışıb: “Növbəti mövsümün sonuna kimi yeni arenamızın inşasını başa vurmağa çalışırıq. Ondan sonra bəzi beynəlxalq oyunların da məhz Qəbələdə keçirilməsi mümkün olacaq”.
“Qəbələ”nin prezidenti yeni mövsümdə heyətdə daha gənc futbolçuların peyda olacağını bildirib: “Biz əsasən yerli kadrlara diqqət ayıracağıq. Növbəti mövsümdən belə fikrimiz var ki, akademiyamızın bir neçə üzvünü əsas komandamızın heyətində görək. İndi daha məşhur futbolçuları ölkəmizə çağırmaq hələ tezdi. Əsas odu ki, öz oyunçularımız onlar kimi “ulduz” olsunlar”.

Heydərov sonda ötən gün ölkə kubokunun finalında “Neftçi” və “Xəzər Lənkəran” arasında yaranmış qalmaqala da münasibətini açıqlayıb: “Kubokun finalına TV-dən baxdım. Matçın sonunda baş verənlər çox pis oldu. Orda nə baş verdiyini bilmirəm. Hər şeyi mətbuatdan öyrəndim. Respublika günündə belə bir münaqişənin yaşanması çox pis haldı. Çox istərdim ki, bütün klublarımız Azərbaycanı təmsil etdiklərini unutmasınlar”.