29 may 2013 21:33
Türkiyə millisinin baş məşqçisi Bakı zəfərindən danışdı
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Türkiyə – İordaniya matçından (4:0) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcılar bunları dilə gətiriblər:
Hakan Tecimer (Türkiyə U-17 yığmasının baş məşqçisi): "İlk oyunumuz olduğundan qələbə ilə başlamaq vacib idi. Uşaqlar yaxşı oynadılar. Nəticədən razı qaldım. Gündən-günə daha da yaxşı oynayacağıq. Bu heyət üzvləri bir müddətdir birgə çıxış edirlər və buna görə də, futbolçular bir-birini yaxşı başa düşürlər".
Adnan Avap (İordaniya U-17 yığmasının baş məşqçisi): "Turnirə qatılan komandalar arasında ən gənc heyətə malik olanı bizik. Bugünkü oyunda yaş fərqi də öz sözünü dedi. Həm də Avropa ilə Asiya futbolu tam fərqlidir. Avropa komandaları daha güclüdürlər. Bəzi xırda səhvləri nəzərə almasaq, komandamın oyunundan razı qaldım. Bizi yarışa dəvət etdiyinə və hər cürə şərait yaratdığına görə AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk".
