29 may 2013 22:09
“Bu cür səviyyəli turnirdə iştirak etdiyimizə görə sevinirik”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Uruqvay – Tacikistan matçından (3:0) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcılar bunları dilə gətiriblər:
Alexandro Qaray (Uruqvay yığmasının baş məşqçisi): “Bizim üçün yaxşı oyun oldu. Futbolçularım bütün bacarıqlarını nümayiş etdirdilər. Tacikistan yığmasının zəif cəhətlərindən istifadə edib lazım olan qolları vurduq və inamlı qələbə qazandıq. Qarşıdakı oyunda da qələbə qazanıb növbəti mərhələyə çıxmaq istəyirik. Tacikistan yığmasına növbəti oyunlarda uğurlar arzulayıram”.
Suzuki Kikaşi (Tacikistan yığmasının baş məşqçisi): “Bu cür səviyyəli turnirdə iştirak etdiyimizə görə sevinirik. Dünyanın müxtəlif ölkələrindən komandalar dəvət olunub. Əlbəttə, bu cür oyunlar gənc futbolçuların oyun təcrübələrini artırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Oyuna gəlincə, ilk dəqiqələrdən buraxdığımız qol futbolçularda çaşqınlıq yaratdı. Sonrakı dəqiqələrdə öz oyunumzu oynaya bilmədik. Konsantrasiyanı itirdikdən sonra qapımızdan daha iki qol buraxdıq”.
