29 may 2013 11:17
Neftçidən Hacıyevə yeni müqavilə təklifi
“Neftçi” baş məşqçisi Böyükağa Hacıyevlə yeni müqavilə bağlamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi hələ ötən gün baş tutan Azərbaycan Kubokunun final matçından öncə təcrübəli mütəxəssisə yeni müqavilə təklifi edib.
Ona bu təklifi klub prezidenti Sadıq Sadıqov özü edib. Hacıyevlə ən azı bir illik yeni müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, Hacıyevin rəhbərliyi altında ötən il çempion olub, Avropa Liqasında tarix yazan “Neftçi” bu mövsüm də qızıl dubla imza atdı.
