30 may 2013 00:15
Simurq baş məşqçisi ilə müqaviləsinin müddətini artırdı
Əvəzedici heyətin baş məşqçisi və uşaq futbol məktəbinin rəhbəri Rövşən Babayev "Simurq"la olan müqaviləsinin müddətini daha bir il arıtıb. Azerisport.az xəbər verir ki, gənc mütəxəssis növbəti mövsümdə də bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Rövşən Babayev ötən ilin yayında "Simurq"a dəvət edilmişdi. Buna qədər isə "İnter"in uşaq futbol məktəbində fəaliyyətini davam etdirirdi. O, əvəzedici heyətə təyin olunandan sonra, qısa bir zamanda, əsasən Zaqatala uşaqlarından ibarət mükəmməl heyət qurdu və "Simurq"un tarixində bir ilkə imza atdı. Onun rəhbərliyi altında komanda bu mövsüm əvəzedici heyətlərin ölkə birinciliyində gümüş medallara sahib oldu.
