29 may 2013 11:35
Böyükağa Hacıyev: Futbol kişi oyunudu
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran”la kubok matçının belə alınacağını gözləyirdiz?
- Bəli, komandamın qalib gələcəyini gözləyirdim. Həm əsas, həm də əlavə vaxtda daha yaxşı oyun nümayiş etdirdik. Düzdü, mən hər şeyə 90 dəqiqə ərzində aydınlıq gətirəcəyimizi düşünürdüm. Amma alınmadı. Qol vəziyyətlərimiz oldu. Özü də “Xəzər Lənkəran”ın yaratdığı təhlükəli vəziyyətlərdən daha çox. Rəqib açıq futbol oynamadı. İkinci hissədə onlar artıq oyunu penaltilərə qədər daşımaq istədiklərini açıqca nümayiş etdirirdilər.

- Nə vaxt başa düşdünüz ki, oyunun taleyi penaltilərlə həll olunacaq?
- İkinci hissə bitən kimi, komandaya bizi penaltilərin gözlədiyini bildirdim. Başa düşürdüm ki, əlavə vaxtda “Xəzər Lənkəran” daha da qapanacaq.
- Penalti seriyasında uduzacağınızdan ehtiyatlanmırdınız?
- Mən məğlubiyyətdən qorxmurdum. “Neftçi”nin futbolçuları daha güclü olduqlarını sübut etməliydilər. Yorğunluq aşkar hiss olunurdu. İndi artıq hamıya istirahət etmək lazımdı.

- Saşa Stamenkoviçin penaltilər seriyası zamanı hərəkətlərinə münasibətiniz necədi?
- Mən onun hərəkətlərini təxribat adlandırmazdım. Saşa qaydaları pozmurdu. O, öz oyununu göstərirdi və qapısını mümkün qədər qolsuz saxlamaq istəyirdi.

- Oyundan sonrakı qalmaqala nə səbəb olduğunu bilirsiz?
- Düzünü deyim ki, tam bilmirəm. Fikrimcə, Con Toşak oyundan sonra Stamenkoviçə yaxınlaşmamalıydı. Onsuz da əsəblər ən üst həddə idi. Hər şey ola bilərdi. Davada kimlərin iştirak etdiyini də görmədim. Futbol kişi oyunudu. Əsas odu ki, hər şey yaxşı başa çatdı.

- “Xəzər Lənkəran”la Super Kubok oyununda da qarşılaşmalı olacaqsız...
- İndi hamıya sakitləşmək lazımdı. Bundan sonra Super Kuboku da qazanmaq istəyirəm. Çünki mənim belə bir titulum yoxdu.
- “Neftçi” ilə yeni müqavilə bağlamısız?
- Hər şeyə klub prezidenti Sadıq Sadıqov qərar verəcək. Mənim üçün onun hər sözü qanundu. Amma sizə bir sirr açım – finaldan öncə mənə yeni müqavilə təklifi olunub. Ona görə də mümkündü ki, qalım. Bütün detalları bundan sonra aydınlaşdıracağıq.

- Komandaya çox dəyişiklik lazımdı?
- Güclənmək lazımdı. Çempionlar Liqasında bizi çətin oyunlar gözləyir. Bir neçə oyunçu almaq istəyirik. Komandanı tərk edənlər də olacaq.

- Sadıq Sadıqov əsas hədəfin ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaqdan ibarət olduğunu bəyan edib...
- Onun bizdən nəticə tələb etməyə haqqı var. Bu, bizim üçün yeni hədəfdi. Bunun üçün də oynayacağıq.