30 may 2013 00:42

Saşa Stamenkoviç: Rəqib futbolçuları qəsdən təxribata çəkirdim, amma onlarla problemim yoxdu

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin azerisport.az saytına müsahibəsi
 
- “Xəzər Lənkəran”la Azərbaycan Kubokunun final oyunu barədə nə deyə bilərsiz?
- Çox yaxşı və keyfiyyətli oyun alındı. Deməzdim ki, baxımlı oyun oldu. Amma gərginlik kifayət qədər idi. Meydanda əsl mübarizə getdi. Stadiona gələn bütün azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Klub rəhbərliyinə, məşqçilər korpusuna da mənə güvəndikləri üçün təşəkkürümü bildirirəm.
 
- Dimitrios Sialmasın penalti zərbəsini dəf etməklə “Neftçi”yə kubok qazandırdınız. Buna xüsusi hazırlaşmışdınız?
- Bu, bizim kiçik sirrimizdi (gülür). Biz məşqlərdə belə zərbələri çox qaytarırıq.
 
- Penalti zərbələrinin demək olar ki, hamısının istiqamətini düzgün tapdınız. Amma onların yalnız birini dəf etdiniz...
- Mən hələ Belqradda gənc futbolçu olanda çoxlu turnirlərdə iştirak edirdim. Məni hələ o vaxt məşqçilərimiz penaltilər üzrə mütəxəssis sayırdı.
 
- Penalti seriyası zamanı rəqib futbolçuları qəsdən təxribata çəkirdiniz?
- Bəli. Qəsdən edirdim. Amma bunu yalnız rəqibi özündən çıxarmaq üçün edirdim. Mənim “Xəzər Lənkəran”ın futbolçuları ilə başqa heç bir problemim yoxdu.
 
- Oyundan sonra rəqib komandanın baş məşqçisi Con Toşak sizə yaxınlaşıb nəsə dedi və elə bunun ardınca da meydanda aləm bir-birinə dəydi. Orda nə baş verdi ki?
- O, mənə yaxınlaşıb bildirdi ki, penalti zərbələri zamanı etdiklərim təxribat xarakterli idi. Ardından bir-birimizin əlini sıxıb, sağollaşdıq. Ondan sonra olanları isə şərh etmək istəmirəm. Qoy öz aralarında ayırd etsinlər.
 
- Qarşıda “Neftçi”ni Çempionlar Liqası gözləyir. Hansı komandanı rəqibiniz görmək istəyirsiz?
- Mən düzünü deyim ki, hələ hansı variantların olduğunu bilmirəm. Sadəcə onu bilirəm ki, səpələnmişlər səbətində yer alacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.