29 may 2013 11:44
Tale Heydərov Syominin qarşısına qoyulan hədəfləri açıqladı
“Qəbələ”nin prezidenti Tale Heydərov rusiyalı mütəxəssis Yuri Syominin komandaya dəvət olunmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində klub rəhbəri bunları dilə gətirib:
“Biz “Qəbələ”nin növbəti mövsüm avrokuboklara çıxmasını gözləyirik. Buna görə də Syomin kimi tanınmış mütəxəssisi komandaya dəvət etmişik. Hollandiya, Braziliya və başqa ölkələrdən də namizədlərimiz var idi. Lakin bəzi səbəblərə görə Syominin üzərində dayandıq. O, bizim regionu yaxşı tanıyır, dil səddi yoxdu. 1+1 şərti ilə müqavilə bağlamışıq. Syominin təklifimiz üzərində bu qədər düşünməsi normal haldı. Çünki ona da düşünmək üçün vaxt lazımdı”.