29 may 2013 12:02
Xəzər Lənkəranlı futbolçu döyülməsindən danışdı
“Xəzər Lənkəran”ın gənc yarımmüdafiəçisi Kamran Abdullazadə “Neftçi” ilə Azərbaycan Kubokunun final matçından sonra döyülməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Siz “Neftçi”nin təhlükəsizlik xidmətinin işçilərinin bizi necə söydüyünü görəydiniz! Mən başa düşürəm ki, futbol zamanı oyunçular arasında müəyyən narazılıqlar yarana bilər. Amma buna təhlükəsizlik işçiləri niyə qarışmalıdı ki? Biz geri qayıdan zaman Radomir Todorovun döyüldüyünü gördük. Dərhal qaçıb ayırmağa çalışdım. Elə həmin anda da sifətimdən zərbə aldım. Məni vuran “Neftçi”nin idman direktoru Güloğlan Cabbarov idi. Amma sonra təhlükəsizlik xidmətinin əməkdaşları da mənə zərbələr endirməyə başladılar. Mən həm də onu anlaya bilmirəm ki, Mahir Şükürov niyə həmin anda bizim azarkeşlərimizi təxribata çəkməyə çalışırdı”.