29 may 2013 12:47
Finaldan sonrakı RƏZALƏT! (VİDEO)
Azerisport.az sizi Azərbaycan Kubokunun finalı çərçivəsində keçirilmiş “Neftçi” - “Xəzər Lənkəran” matçından sonra baş verən xoşagəlməz olaylardan hazırlanmış videoreportajla tanış edir. Qeyd edək ki, qarşılaşma bitən kimi “Neftçi” və “Xəzər Lənkəran” futbolçuları arasındakı kiçik münaqişəyə paytaxt klubunun təhlükəsizlik xidmətinin işçiləri də qarışınca meydanda böyük bir RƏZALƏT yaşandı.
Cənub təmsilçisinin 18 yaşlı oyunçusu Kamran Abdullazadənin qanına boyadılmasını, ölkəmizdə legionar kimi çıxış edən Radomir Todorovun “Neftçi” rəsmisi tərəfindən necə yerə sərildiyini görmək əsl utancverici hissdi. Hər halda elə bu videolara baxmaqla bir daha həmin RƏZALƏTin miqyasını təsəvvür etmək olar.
