29 may 2013 13:05
Millimizin futbolçuları İtaliyada skautların diqqət mərkəzinə düşüblər
Futbol üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığmasının (U-19) baş məşqçisi Arif Əsədov komandasının beynəlxalq dərəcəli “Toskana Kuboku”nda iştirakından danışarkən bəyan edib ki, futbolçularımızla maraqlanan skautlar olub. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İtaliyada oyunlarımızı izləyən skautlar da var idi. Onlar futbolçularımızla maraqlanırdılar. Konkret kimi izlədiklərini dəqiq deyə bilmərəm. Çünki bunu özüm də bilmirəm. Amma hər halda onlar komandamızın bütün üzvlərini iş başında görürdülər. Finala qədər irəliləməyimiz skautların diqqətindən kənarda qala bilməzdilər”.
