29 may 2013 13:22
Bakı Atletico ilə avqust ayında daha bir oyun keçirəcək
“Bakı” ilə İspaniyanın “Atletico” (Madrid) klubları arasında daha bir yoldaşlıq görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq bu qarşılaşmanın nə vaxt oynanılacağı təxmini müəyyənləşdirilib.
Belə ki, “zolaqlılar” Madrid təmsilçisi ilə avqust ayında qarşılaşacaq.
Qeyd edək ki, “qardaş” klublar arasında ilk belə oyun aprelin sonlarında Bakıda keçirilmişdi. Həmin görüşdə “Atletico” 3:0 hesabıyla qalib gəlmişdi.
