30 may 2013 01:24

Millimizin Qətərlə matçında nələr baş verdi?

Qətərin paytaxtı Dohada havanın hərarətinin yüksək olmasına baxmayaraq, stadionun müasir soyutma sistemi ilə təchiz olunması futbolçuların isti ilə bağlı diskomfort yaşamamasına şərait yaradırdı.
 
Oyuna meydan sahibləri daha üstün başladılar. Artıq 2-ci dəqiqədə sol cinahdan edilən ötürməni Al-Khalfan güclü zərbəylə tamamladı, lakin top tirə dəydi. Bir qədər sonra Fadlallanın sol cinahdan ötürməsini Yusef Ahmed Ali boş qapıdan keçirə bilmədi. Təzyiqi dəf edərək bir qədər özünə gələn komandamız da hücumlar qurmağa cəhd edirdi. 16-cı dəqiqədə Əfranın cərimə meydançasına ötürməsindən sonra müdafiəçilər təhlükəni uzaqlaşdıra bildilər. Epizodların birində rəqib komandamızı əks-hücumda tutdu. 3-4 ötürmə sayəsində təhlükəli hücum quran meydan sahiblərinin fərqlənməsinə son anda topu boş qapıdan çıxaran Rasim Ramaldanov mane oldu. Millimiz rəqibinə eyni üslubda cavab verməyə cəhd göstərdi; əks-hücum zamanı Əfran topu bir müdafiəçinin başı üzərindən aşırdıqdan sonra sağ cinahda irəliləyən Branimir Subaşiçə ötürdü. Lakin onun cərimə meydançasına ötürməsi zamanı müdafiəçilər çətinliklə təhlükəni uzaqlaşdıra bildilər.
Hesab 33-cü dəqiqədə açıldı. Cərimə meydançasında Rasim Ramaldanovla Abdelkarim Hassan Fadlallanın toqquşmasından sonra hakim şübhəli penalti təyin etdi. Al-Khalfan zərbəni dəqiq yerinə yetirdi. Fasiləyə qədər diqqətçəkən məqam  Əfranın cərimə meydançasının qarşısından yerinə yetirdiyi təhlükəli cərimə zərbəsi oldu; top qapının üzərindən keçdi.
 
İkinci hissəyə Berti Foqts üç əvəzetmə ilə başladı. Bədavi Hüseynov, Vaqif Cavadov və Elvin Məmmədovun meydana çıxması millimzin oyununda canlanma yaratdı. Hərçənd fasilədən sonra da ilk hücumu meydan sahibləri təşkil etdi. Lakin sağ cinahdan ötürmənin qarşısını Kamran kəsdi. Bu, həm də Qətər yığmasının oyunda yaratdığı, demək olar ki, sonuncu təhlükəli epizod oldu.
Hücuma atılan millimizin heyətində əvvəlcə Elvinin zərbəsi rəqibi həyəcanlamağa vadar etdi. Növbəti həmlə zamanı Əfran iki futbolçunu keçib qapını nişan alsa da, azacıq qeyri-dəqiqlik ona mane oldu. Ərazi üstünlüyünə yiyələnən millimiz hücumlarını davam etdirir və fərqlənməyə çalışırdı. Belə epizodların birində Əfranın sağ cinahdan cərimə meydançasına hava ötürməsindən sonra Rüfət Dadaşov qayçı zərbəsi ilə topu tora göndərməyə çalışsa da, qapıçı böyük çətinliklə qola mane oldu. Daha sonra Ruslanın ötürməsinə Vaqif çata bilmədi. Millimiz istəyinə 89-cu dəqiqədə müyəssər oldu. Vaqif Cavadovun ötürməsini qəbul edən Rüfət Dadaşov cərimə meydançasının daxil olaraq topu qapının uzaq küncünə göndərərək baxımlı qol vurdu. Hakimin oyuna əlavə etdiyi üç dəqiqədə də nəzərəçarpacaq hadisə baş vermədi.
 
Qətər – Azərbaycan 1:1
Beynəlxalq yoldaşlıq oyunu
29 may. Doha. “Yassim bin Hamad” stadionu
Baş hakim: Tamuni Salah Vahid (Liviya)
Baş hakimin köməkçiləri: Attia Amsaad, Foaad El Maghrabi (hər ikisi - Liviya)
Dördüncü hakim: Khamis Al-Kuvari (Qətər)
Sarı vərəqə: R. Ramaldanov, 75
Qollar: K. Al-Khalfan, 33 – pen. // R. Dadaşov, 89
 
Qətər: 1. Qasem Abdullhamed Burhan, 3. Mohammed Kasola, 5. Abdelkarim Hassan Fadlalla, 6. Bilal Mohammed Rajab, 7. Vesam Rizik Abdulmajid, 10. Khalfan İbrahim Al-Khalfan, 12. Magid Mohammed Hassan, 13. İbrahim Majed Abdullmajed, 15. Talal Ali Albloushi, 20. Yusef Ahmed Ali, 24. Mosaab Mohamoud Elhassan
Meydana sonradan daxil olanlar: 9. Jarallah Al Marri, 17. Ali Hassan Afif, 4. Hamad Mohammed Al-Abidi
Ehtiyat oyunçular: 21. Ahmed Sofyan Abonora, 22. Saad Abdulla Alsheeb, 2. Hamed İsmaeil Khaleefa, 8. Hussain Ali Hussein, 11. Hassan Khalid Al Hydous, 16. Adel Lamy, 18. Mohamed Elsayed, 19. Khalid Muftah, 23. Abdulkhader İlyas.
Baş məşqçi: Fəhəd Tani
 
Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 11. Branimir Subaşiç, 13. Əli Gökdemir, 15. Ruslan Abışov (k), 18. Maksim Medvedev, 21. Volodimir Levin, 22. Əfran İsmayılov, 24. Arif İsayev, 26. Qara Qarayev, 27. Rüfət Dadaşov
Meydana sonradan daxil olanlar: 2. Bədavi Hüseynov, 7. Vaqif Cavadov, 10. Elvin Məmmədov, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 8. Pərdis Fərcad-Azad, 9. Cihan Özkara
Baş məşqçi: Berti Foqts

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.