30 may 2013 01:43
“Azərbaycan yığması layiqli qələbə qazandı”
Bakıda keçirilən III Caspian Cup beynəlxalq turnirində ilk oyununu keçirən Azərbaycan yığmasının darmadağın etdiyi Qırğızıstan millisinin baş məşqçisi Marat İsrailov qarşılaşmanı şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:7 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Belə yüksək səviyyəli turnirə bizi dəvət etdiyinə görə AFFA rəhbərliyinə minnətdarlığımızı bildiririk. Hər şey yüksək səviyyədə təşkil olunub. Oyun bizim üçün uğurlu olmadı. Yaxşı hazırlıq keçməməyimiz öz sözünü dedi. Azərbaycan yığması yaxşı oyun nümayiş etdirib layiqli qələbə qazandı”.
