30 may 2013 01:52

Yığmamızın baş məşqçisi: Növbəti oyunda daha da yaxşı oynamalıyıq

Bakıda keçirilən III Caspian Cup beynəlxalq turnirində ilk oyununu keçirən Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Qırğızıstanla qarşılaşmanı şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 7:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Əslində bu oyunda qələbə qazanmalı idik və bunu bacardıq. Fasilədə uşaqlara tapşırdım ki, 3:0 hesabı ilə irəlidə olsaq da, hesabın 0:0 olduğunu düşünün və oynayın. Sevindirici haldır ki, futbolçularım konsentrasiyanı itirmədilər və ikinci hissədə daha dörd qol vurmağı bacardılar. Qrupdakı şansımızı yaxşılaşdırmaq üçün növbəti oyunda daha da yaxşı oynamalıyıq”.
 
Sonda bu qarşılaşmanın protokolunu da diqqətinizə çatdırırıq:
 
Azərbaycan – Qırğızıstan 7:0
 
III Caspian Cup beynəlxalq turniri – U-17
29 may 2013-ci il. Bayıl stadionu. Saat 20:30.
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Elxan Əsgərzadə, Akif Əmirəli
Dördüncü hakim: Yusif Nurullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Novil İsmayılov
Sarı vərəqələr:  B. Mustafazadə, 22, E. Zamanov, 51
Qollar: E. Həsənzadə, 13, 58, E. Cəfərov, 19, 79, R. Hüseynov, 31, F. Kərimzadə, 70, K. Benhur, 75
Qolla nəticələnməyən penalti: V. Kelm, 23
 
Azərbaycan: 1. Ağaseyid Qasımov (12. Şahin Tolqa, 40), 3. Elməddin Məmmədov, 7. Renat Ağaverdiyev (17. Fərid Kərimzadə, 57), 10. Elnur Cəfərov, 11. Umar Akmurzayev (9. Şahban Cəbrayilov, 72), 14. Emil Həsənzadə (19. Kama Benhur, 61), 16. Emin Zamanov, 20. Roman Hüseynov, 23. Elgün Uluxanov, 24. Yusif Nəbiyev, 27. Bəhlul Mustafazadə (k).
Ehtiyatda qalanlar: 6. Ruzigar İbrahimzadə, 18. Rəsul Babazadə, 21. Ozan Altın.
Baş məşqçi: Nikolay Adam
 
Qırğızıstan: 1. Kutman Kadırbekov, 4. Almaz Smatov, 9. Artur Zarılık oğlu (10. Azad Smatov, 39), 8. Nurtay Qurmantay, 2. Ağmal Bolotbayev (18. Sergey Şuşakov, 21), 15. Georgi Slavnı (3. Ağılbəy Anarbəy oğlu, 60), 17. Azad Murzaşev (k), 7. Viktor Kelm (6. Stanislav Geraşçenko, 65), 5. Canboto Irısbəy oğlu (13. Ramis Abdılbekov, 70), 11. Vadim Ni (14. Bakay Nurdinov, 70), 12. Abdurəsul Əhmədov.
Ehtiyatda qalan: 16. Boqdan Kobzev.
Baş məşqçi: Marat İsrailov

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.