29 may 2013 14:04
Fenerbahçenin baş məşqçisi istefa verdi
Türkiyənin “Fenerbahçe" klubunun baş məşqçisi Aykut Kocaman istefa verib. Azerisport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis klub prezidenti Aziz Yıldırımla görüşdən sonra belə qərara gəlib.
Onunla Yıldırım arasında səbəbi məlum olmayan gərginliyin yarandığı və bundan sonra Kocamanın “Artıq yoruldum, istefa verirəm” dediyi üzə çıxıb.
Maraq üçün bildirək ki, Kocaman bundan öncə də istefa vermiş, lakin heç bir halda klub prezidenti onun bu istəyini qəbul etməmişdi. Bu dəfə necə olacağı maraqla gözlənilir.
