30 may 2013 02:04
Çesnauski Bakıdan gedə bilər
“Bakı”nın litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauski özünə yeni klub tapmağa yaxındı. Azerisport.az xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Çesnauskinin “zolaqlılar”la müqaviləsinin müddəti başa çatıb. Lakin tərəflər yeni müqavilə ilə bağlı danışıqlara başlamayıblar. “Bakı” hələlik onunla danışıqlara start verməyə tələsmir. Çünki bu barədə yeni baş məşqçinin qərar verməsi məqsədəuyğun hesab olunur.
Bu üzdən də Çesnauski artıq özünə klub axtarışına çıxıb. Lakin onun növbəti mövsümü hansı klubda keçirəcəyi bilinmir.
Bu üzdən də Çesnauski artıq özünə klub axtarışına çıxıb. Lakin onun növbəti mövsümü hansı klubda keçirəcəyi bilinmir.
