29 may 2013 15:02
Galatasarayla Fenerbahçenin Bakıda qarşılaşması reallığa çevrilir (VİDEO)
Xəbər verdiyimiz kimi, Türkiyə Super Kubokunun “Galatasaray” və “Fenerbahçe” arasında baş tutacaq oyunu Bakıda keçirilə bilər. Azerisport.az xəbər verir ki, artıq Türkiyə Futbol Federasiyası da ölkə Super Kubokunun Bakıda keçirilməsini təklif edib.
Federasiyanın vitse-prezidenti Sərvət Yardımçı bu barədə ANS-ə açıqlama verib: "TFF olaraq avqust ayında planlaşdırılan Türkiyə Super Kubokunun Bakıda keçirilməsini istəyirik. Dünən bu məsələ ilə bağlı federasiya prezidenti Yıldırım Dəmirörənlə birgə toplantı keçirdik. Biz bu barədə klub rəhbərləri ilə də danışacağıq. İnşallah 11 avqustda "Galatasaray" - "Fenerbahçe" finalına Bakıda baxarıq".
Qeyd edək ki, “Galatasaray” son Türkiyə çempionu, “Fenerbahçe” isə kubokun qalibidi.
