29 may 2013 14:25
Elnur Allahverdiyev: Kişi kimi uduzduq
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
- “Neftçi” ilə kubokun final oyunu barədə nə deyə bilərsiz?
- Gərgin oyun alındı. Təəssüf ki, biz uduzan tərəf olduq. Amma yalnız penaltilər seriyasında uduzduq. Düzdü, nəticəyə görə məyusuq. Lakin kişi kimi oynadıq, uduzduq. “Neftçi” sadəcə lotereyada güclü oldu. Əminəm ki, çoxları bu oyundan razı qaldı.

- Sizcə, qələbəyə hansı komanda daha çox layiq idi?
- Onlar qələbə qazandılar. Bu münasibətlə rəqibi təbrik edirəm. Amma biz uduzmamalı idik. Məğlubiyyətə layiq olduğumuzu düşünmürəm. Fəxr edirəm ki, “Xəzər Lənkəran”da oynayıram. Sizə söz verirəm ki, “Xəzər Lənkəran” gələn mövsüm tamamilə fərqli komanda olacaq. Nəticələrimiz də çox yaxşı olacaq.

- Hakimliklə bağlı nə deyə bilərsiz?
- 2-3 səhvləri oldu. Amma bunlar nəticəyə təsir edən səhvlər deyildi. Biz penaltilərdə uduzduq. Buna hakim nə etsin?

- Oyundan sonra baş verənlərlə bağlı nə deyə bilərsiz?
- Azərbaycan futbolunda hərdən elə hadisələr baş verir ki, bunları artıq aradan qaldırmaq lazımdı. Futbolçular, jurnalistlər, başqaları belə hadisələrin baş verməsinə imkan verməməlidilər. Qalib gəldilər, lap yaxşı. Daha 18 yaşlı futbolçunu döymək nəyə lazımdı? Axı o, uşaqdı. Gücü meydanda göstərmək lazımdı, daha kənarda yox. Bu gedişlə Azərbaycan futbolu inkişaf edən deyil.

- Bu hadisələrdə əsas fəallardan da biri siz idiniz. Sizi çox çətinliklə sakitləşdirə bildilər...
- Əsəblərimi cilovlaya bilmədim. Komanda yoldaşımın sifətinə zərbə vururlar, döyürlərsə, buna necə kənardan baxa bilərdim? Əgər çox emosionallıq edirəmsə, buna görə hamıdan üzr istəyirəm. Amma mən bunu qəsdən etmirəm.