29 may 2013 14:43
Xəzər Lənkəranlı oyunçuları döyən Neftçi rəsmisi qovuldu
“Neftçi”nin rəisi Güloğlan Cabbarov klubdan qovulub. Azerisport.az xəbər verir ki, bu barədə klub rəhbərliyi ötən gecə qərar qəbul edib.
Qeyd edək ki, Cabbarov ötən gün Azərbaycan Kubokunun final çərçivəsində keçirilmiş “Neftçi” – “Xəzər Lənkəran” matçından sonrakı davada ən fəallardan biri idi. O, rəqib komandanın müdafiəçisi Radomir Todorovu döyməklə yanaşı 18 yaşlı futbolçu Kamran Abdullazadənin də sifətinə zərbə vuraraq, onu qanına boyamışdı.
“Neftçi” rəhbərliyi onun bu hərəkətlərini cavabsız qoymayıb. Belə ki, bu olaylardan dərhal sonra Cabbarov vəzifəsindən uzaqlaşdırılıb. Lakin təkcə bu şəxsin istefası ilə “Neftçi”nin oyunlarında bu cür olayların yenidən yaşanmayacağı böyük sual altındadı.
