30 may 2013 02:26

Foqts: Biz sadə oynayanda oyunumuz daha yaxşı alınır

Doha şəhərində Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesablı heç-heçə ilə bağlı öncə bunları söyləyib:
 
“Belə bir sınaq oyununun keçirilməsinə müvəffəq olduğumuz üçün çox şadam. Bu oyun futbolçularımı iş başında görmək üçün son dərəcə vacib idi. Onu da qeyd edim ki, komanda üzvlərinin heç də hamısı bu sınaqdan çıxa bilmədilər. Ümumiyyətlə, mənə elə gəldi ki, bəzi futbolçular millinin toplanışına qədər olan son 10-12 gündə heç məşq etməyiblər. Görünür, mən futbolu bəzi futbolçulardan daha çox sevirəm.
 
İkinci hissədə daha yaxşı oynamağımızın səbəbi təkcə əvəzetmələr deyil, həm də bəzi futbolçuların oyuna münasibəti idi. Sadə oynayanda oyunumuz daha yaxşı alınır. Fasilədən sonra rəqibi üstələməyimiz həm də onu göstərdi ki, bəzi futbolçularımız fiziki cəhətdən yüksək səviyyədədir.
 
Unutmayaq ki, bu oyun Qətər yığması üçün də xeyli əhəmiyyət kəsb edirdi. Qarşıda onları İran millisi ilə vacib oyun gözləyir. Əgər Qətər yığması son iki oyunda qalib gəlsə, dünya çempionatına vəsiqə qazanacaq. Onlar reytinqdə də bizdən irəlidədir. Ümumi təhlil etsək, ikinci hissədən razıyam. Bir daha qeyd edim ki, Lüksemburq yığması ilə oyun ərəfəsində bu, yaxşı test oldu”. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.