30 may 2013 02:38
Yığmamıza səfir dəstəyi (FOTO)
Doha şəhərində Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyununu respublikamızın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Tofiq Abdullayev də izləyib. Azerisport.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra səfir paltardəyişmə otağına gələrək millimizin üzvləri ilə görüşüb və gələcək oyunlarda onlara uğurlar arzulayıb. (AFFA)
