30 may 2013 22:20
Daha 3 darmadağın qeydə alındı (YENİLƏNİB)
Bu gün III Caspian Cup beynəlxalq turnirində qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən turnirin ikinci oyun günündə də dörd görüş baş tutub.
Azərbaycanın U-17 komandası bu turda istirahət edib. Gürcüstan Qazaxıstana, ABŞ Qırğızıstana divan tutub. Yaponiya Tacikistan, Özbəkistan isə İordaniyaya qalib gəlib.
III Caspian Cup turniri
Qrup mərhələsi
30 may
B qrupu
Qazaxıstan – Gürcüstan - 1:13
A qrupu
ABŞ - Qırğızıstan - 11:0
D qrupu
Tacikistan - Yaponiya - 1:3
C qrupu
İordaniya - Özbəkistan - 0:7
